təhsildən keçir




Xaricdə təhsil xidmətləri
Təhsilə edilmiş məqsədyönlü investisiya hər zaman qazandırır
Peşəkar Konsultasiya
100% Sənədləşmə Dəstəyi
Tələbəyə Uyğun Yanaşma
Go Edu – valideyn təcrübəsindən doğan bir ideya
Təsisçilərimiz övladlarını xaricdə oxutmaq istəyəndə gördülər ki, xaricdə təhsil sahəsində həqiqətən güvənilə biləcək, səmimi və peşəkar yanaşma azdır. Bəziləri vədlər verib sözündə durmur, bəziləri isə prosesin özünü düzgün izah etmədən tələbəni və valideyni çaşqınlıq içində qoyur.
Bu şəxsi təcrübə bir mesaj verdi: “Bu sahədə işləri daha dürüst, daha sistemli və daha şəffaf etmək olar – və lazımdır.”
Məhz bu ehtiyacdan Go Edu – Xaricdə təhsil layihəsi yarandı.
Sənədlərin düzgün hazırlanması
Universitet və ixtisas seçimində dəstək
Motivasiya məktubu və CV hazırlanması
Viza dəstəyi
Təqaüd proqramları





Xaricdə təhsil ilə bağlı xidmətlər
Universitet seçimi, sənədləşmə, viza dəstəyi və təqaüd proqramları üzrə tam konsultasiya
🔸 Pulsuz konsultasiya al
🔸 Ən son təkliflərə bax
🔸 Həyatında dönüş nöqtəsi yarat
🔸 Zirvələrdə yer tut
🔸 Həyatını dəyiş
Xaricdə təhsil – gələcəyini qurmağa bugündən başla
Dünya dəyişir və bu dəyişikliklərə ayaq uydurmaq üçün təhsil vacibdir. Xaricdə təhsil yalnız diplom almaq deyil — fərqli mədəniyyətləri tanımaq, fərqli sistemlərlə tanış olmaq, dünya vətəndaşı kimi formalaşmaq deməkdir. Go Edu olaraq biz bu yolu seçənlər üçün aydın, dəqiq və şəffaf bir yol xəritəsi təqdim edirik. Tələbənin məqsədinə uyğun universitet və ixtisas seçimi, sənədləşmə, viza prosesi, yaşayış məsləhətləri və daha artığını bir mərkəzdə təqdim edirik.
Xaricdə təhsil xidməti nədir?
Xaricdə təhsil xidməti — tələbə və abituriyentlərə digər ölkələrdə ali təhsil almaq imkanları barədə məsləhət, yönləndirmə və dəstək xidmətlərinin toplusudur. Bu xidmət sayəsində gənclər hansı ölkədə və hansı universitetdə təhsil ala biləcəklərini öyrənir, ixtisas seçimi, sənəd toplanması, viza müraciəti və yaşayışla bağlı mərhələlərdə düzgün qərarlar verə bilirlər.
Peşəkar təhsil məsləhətçiləri tərəfindən təqdim olunan bu xidmət, attestatla qəbul imkanı, təqaüd proqramları, dil kursları və təhsil turları kimi bir çox istiqaməti əhatə edir. Məqsəd – gəncin maraq və potensialına uyğun olaraq ən düzgün akademik yolu müəyyənləşdirmək və müraciət prosesini asanlaşdırmaqdır.
Go Edu komandası olaraq, sizə yalnız məsləhət vermir, həm də bu yolun hər mərhələsində yanınızda oluruq — doğru universitet, güclü motivasiya məktubu, vaxtında sənəd təqdimatı və uğurlu nəticə üçün.
Attestatla xaricdə təhsil: imtahansız və sadə prosedur
Attestatla qəbul: Hər kəsin xəyalları üçün yeni fürsət
Artıq bir çox xarici universitetlər yalnız attestatla, yəni imtahansız və sadə sənədlərlə qəbul imkanı yaradır. Bu isə abituriyentlər üçün ciddi üstünlükdür. Biz sizə bu tip universitetləri tapmaqda, sənədləri düzgün təqdim etməkdə və qəbul almaqda yardım edirik. Attestatla təhsil təklif edən ölkələr arasında Türkiyə, Macarıstan, Polşa, Rusiya və Qazaxıstan xüsusi yer tutur.
Xarici universitetlərdə bakalavr, magistr və doktorantura imkanları
Universitet seçimi necə olmalıdır?
Hər ölkənin və universitetin öz tələbləri, öz sistemləri var. Go Edu sizə akademik göstəricilərinizə, maliyyə imkanlarınıza və karyera planlarınıza uyğun xarici universitetlər təklif edir. İstər Almaniyada texniki ixtisas, istər Türkiyədə tibb təhsili, istərsə də ABŞ-da MBA proqramı — biz sizin üçün ən uyğun yolu müəyyənləşdiririk. Seçim zamanı universitetin reytinqi, tədris dili, yerləşdiyi şəhər, kampus imkanları və sonrakı iş imkanları əsas dəyərləndirmə meyarlarımızdır.
Dil kursları – dili öyrən, dünyanı kəşf et
Akademik və gündəlik istifadə üçün dil bilikləri
Xarici dil bilmədən xaricdə təhsil demək olar ki, mümkün deyil. Lakin dil öyrənmək təkcə tələbə olmaq üçün deyil, həm də şəxsi inkişaf və qlobal dünyada özünü ifadə etmək üçündür. Go Edu ilə Malta, Kanada, ABŞ, Böyük Britaniya və İrlandiyada dil kurslarına qoşula bilərsiniz. Həm qısa müddətli intensiv proqramlar, həm də uzunmüddətli akademik kurslar təklif olunur.
Təhsil turları – təhsili səyahətlə birləşdir
Yay məktəbləri və qısamüddətli proqramlar
Go Edu-nun təqdim etdiyi təhsil turları, xüsusilə yay və qış tətillərində şagird və tələbələr üçün əla fürsətlər yaradır. Bu proqramlar dil öyrənməklə yanaşı, yeni ölkələri gəzmək, beynəlxalq dostluqlar qurmaq və fərqli tədris mühitində özünü sınamaq üçün idealdır. Avropa ölkələri, ABŞ və Türkiyədə keçirilən proqramlar həm təhlükəsiz, həm də maraqlıdır.
Təqaüd proqramları: təhsilə maliyyə dəstəyi ilə başla
Tam və ya qismən maliyyələşdirilən fürsətlər
Təqaüd proqramları, xaricdə təhsil almaq istəyən, lakin maliyyə imkanları məhdud olan tələbələr üçün ideal fürsətdir. Biz sizin göstəricilərinizə uyğun təqaüdləri araşdırır, sənədlərin hazırlanmasında və təqdim edilməsində kömək edirik. Saytımızın “İsti təkliflər” bölməsində bu proqramlarla bağlı məlumatları daima yeniləyirik. DAAD, Erasmus+, Chevening kimi beynəlxalq proqramlar da daxil olmaqla geniş imkanlar təqdim edirik.
Go Edu ilə fərqli yanaşma və peşəkar dəstək
Go Edu sizə yalnız məlumat vermir — sizi başa düşür, dinləyir və doğru yola yönləndirir. Ən vacib fərqimiz odur ki, biz hər bir tələbəyə fərdi yanaşırıq. Şablon və ümumi yanaşmadan uzaq, məqsədə uyğun və real nəticə verən dəstək sistemi qurmuşuq. Universitetlər, dil kursları, viza məsələləri və təqaüd proqramları barədə düzgün, şəffaf və səmimi informasiya təqdim edirik.
Elə indi başla – konsultasiya üçün bizimlə əlaqə saxla
Əgər sən də xaricdə təhsil almaq, dünyagörüşünü genişləndirmək və gələcəyini daha möhkəm qurmaq istəyirsənsə, Go Edu sənin yol yoldaşındır. Elə indi pulsuz konsultasiya üçün bizimlə əlaqə saxla, təhsil macərana birlikdə başlayaq!