Go EduGo EduGo Edu
info@goedu.az
Sarayevo k., Əhmədli m. yaxınlığı, Bakı
994 50 747 70 16

Avstriya, Vyana Təhsil Turu – Yay Məktəbi

Məktəbliləri və tələbələri yayı maraqlı keçirməyə dəvət edirik. Avstriyanın paytaxtı Vyanaya 2 həftəlik turlarımız qatılın. yerlər məhduddur, tələsin!

Vyana Təhsil Turu – Yay Məktəbi ilə Unudulmaz Təhsil və Səyahət Təcrübəsi

Avropanın ürəyində yerləşən Avstriyanın Vyana – mədəniyyəti, tarixi və təhsili ilə seçilən bir şəhərdir. Əgər siz də yay tətilini faydalı və maraqlı keçirmək, eyni zamanda Avropada təhsil təcrübəsi yaşamaq istəyirsinizsə, Vyana təhsil turu tam da sizə görədir. 1–15 avqust tarixlərində keçiriləcək bu təhsil turu sizi həm öyrənməyə, həm də kəşf etməyə dəvət edir!

Niyə Məhz Vyana Təhsil Turları?

Vyana turu, sadəcə bir səyahət deyil – bu, yeni bir mədəniyyətlə tanışlıq, xarici dildə inkişaf və beynəlxalq dostluqlar deməkdir. Avropanın elmi və mədəniyyət mərkəzlərindən biri olan Avstriyanın Vyana şəhəri, gənclər üçün həm maraqlı, həm də faydalı bir təcrübə təqdim edir. Təhsil turları sahəsində geniş təcrübəyə malik komandamızla, sizə təhlükəsiz və keyfiyyətli bir yay məktəbi təklif edirik.

Vyana Təhsil Turu – Gənclərin Dünyagörüşünü Genişləndirən Unikal Təcrübə

Vyana təhsil turu təkcə dil öyrənmək və şəhər gəzməklə məhdudlaşmır – bu, gənclər üçün yeni mədəniyyətləri tanımaq, fərqli həyat tərzləri ilə tanış olmaq və şəxsi inkişaf yolunda əhəmiyyətli bir addımdır. Bu tur zamanı iştirakçılar yalnız Avstriyanı deyil, əlavə ekskursiyalarla digər Avropa ölkələrini də ziyarət edirlər. Bu isə onların dünyagörüşünü genişləndirir, fərqli baxış bucaqları formalaşdırırqlobal düşünmə bacarıqlarını artırır.

Təhsil turunda iştirak edən yeniyetmələr və tələbələr öz həmyaşıdları ilə tanış olaraq müxtəlif sosial və mədəni mühitlərdə özlərini ifadə etməyi öyrənirlər. Avropa mədəniyyətinə yerində toxunmaq, tarixi abidələri canlı görmək və beynəlxalq mühitdə təhsil almaq onların özgüvənini artırır, liderlik və adaptasiya bacarıqlarını inkişaf etdirir.

Bu baxımdan, Vyana turu sadəcə yay istirahəti deyil – gənc nəsil üçün həyat məktəbidir.

Təhsil Turu Paketi Nələri Əhatə Edir?

Vyana yay məktəbi paketi aşağıdakı üstünlükləri ilə seçilir:

  • Aviabilet (Azal ilə birbaşa uçuş)
  • Müddət: 2 həftə
  • Qonaqlama (qalacaq yer): Universitetin rezidensiyasında 1 nəfərlik rahat otaqlar
  • Dil Kursları: 2 həftəlik alman və ya ingilis dili proqramı (30 saat)
  • Beynəlxalq Sertifikat: Kurs sonunda iştirakçılara təqdim olunur
  • Ekskursiyalar: Peşəkar bələdçi ilə Vyana şəhəri turu
  • Əlavə Turlar: Həftəsonları başqa Avropa ölkələrinə əlavə ödənişlə səfərlər
  • Transfer Xidməti: Hava limanından rezidensiyaya qədər
  • Viza Dəstəyi: Viza rüsumu və sənədləşmə xidmətləri daxildir
  • Sığorta: Tibb və səyahət sığortası

Qiymət və Ödəniş Şərtləri

  • Ümumi qiymət: 2200 avro
  • Depozit: 30% ilkin ödəniş tələb olunur
  • Qalan məbləğ hissə-hissə ödənilə bilər – 30 iyuna qədər tam ödənməlidir
  • Qiymətə aviabilet, viza rüsumu, tədris haqqı və transfer daxil edilir

Kimlər Üçün Uyğundur?

  • 12 yaşdan yuxarı şagirdlər və tələbələr
  • Xaricdə təhsil planlayan gənclər
  • Dil bacarıqlarını təkmilləşdirmək istəyənlər
  • Mədəniyyət və tarixə maraqlı olanlar

Qeydiyyat və Əlaqə

Yerlər məhduddur! İndi qeydiyyatdan keçin və bu fürsəti qaçırmayın. Qeydiyyat üçün bizə yazın və ya zəng edin.

Çox verilən suallar

Vyana təhsil turu – yay aylarında Avstriyanın paytaxtında keçirilən, dil tədrisi və mədəni ekskursiyaları birləşdirən 2 həftəlik yay məktəbidir. Proqram əsasən 14 yaşdan yuxarı yeniyetmələr və tələbələr üçün nəzərdə tutulub. Bu təhsil turu iştirakçılara həm alman və ya ingilis dilini öyrənmək, həm də Avropanı tanımaq imkanı yaradır.

Təhsil turu paketinə aviabilet (Azal ilə birbaşa), 1 nəfərlik otaqlarda rezidensiyada qalma, 30 saatlıq dil kursu, beynəlxalq sertifikat, ekskursiyalar, transfer, viza dəstəyi və sığorta daxildir. Həftə sonları əlavə ödənişlə digər ölkələrə də ekskursiyalar təşkil olunur.

Təhsil turları gənclərin dünyagörüşünü genişləndirir, onları fərqli mədəniyyətlərlə tanış edir və xarici dil biliklərini təkmilləşdirir. Vyana turu xüsusilə liderlik, özgüvən və müstəqil qərarvermə bacarıqlarının inkişafında mühüm rol oynayır.

Turun ümumi qiyməti 2200 avrodur. Ödənişin 30%-i depozit kimi əvvəlcədən verilir, qalan məbləğ isə hissə-hissə iyun ayının sonuna qədər ödənilə bilər. Qiymətə tədris, aviabilet, viza rüsumu və digər əsas xidmətlər daxildir.

Bəli, yerlər məhduddur. Qeydiyyat üçün əlaqə nömrələrinə zəng etməklə və ya otsapla bizə yazmaqla müraciət edə bilərsiniz. Erkən qeydiyyat sizə həm daha yaxşı planlama, həm də yerinizi itirməmək imkanı verir.

Diqqətli olun! Elanlar

Tab Content

Tab Content

Telefon WhatsApp