Go EduGo EduGo Edu
info@goedu.az
Sarayevo k., Əhmədli m. yaxınlığı, Bakı
994 50 747 70 16

London Təhsil Turu – Dil Öyrən, Dünyanı Kəşf Et!

2025-ci ilin yayında Avropanın ən enerjili və tarixi şəhərlərindən biri olan London sizi həm təhsil, həm də mədəniyyət dolu bir səyahətə dəvət edir. 4 iyul – 18 iyul tarixlərində keçiriləcək bu təhsil turu, gənclər üçün İngiltərədə unudulmaz bir yay təcrübəsi təqdim edir. Proqram Brunel University London universitetinin Uxbridge kampusunda baş tutacaq və zəngin ekskursiyalarla müşayiət olunacaq.

Təhsil Turları – Gənclər üçün Faydaları

Bu təhsil turu, yalnız dil öyrənmək deyil, eyni zamanda iştirakçıların:

  • Özgüvənini və liderlik bacarığını artırır
  • Dünyagörüşünü genişləndirir
  • Qlobal düşüncə tərzini inkişaf etdirir

Yeni dostlar və mədəni əlaqələr qurmasına imkan verir

Tədris Proqramı – Brunel University London

Turun əsas tədris mərkəzi Londonda yerləşən nüfuzlu Brunel Universitetidir. London mərkəzinə 45 dəqiqəlik məsafədə yerləşən Uxbridge bölgəsindəki bu kampusda iştirakçılar:

  • Həftəlik 15 saatlıq İngilis dili dərsləri alır
  • British CouncilEnglish UK tərəfindən akkreditə olunmuş beynəlxalq sertifikat əldə edir
  • Modern və texnoloji təchizatlı sinif otaqlarında təhsil alır
  • Ensuite (özəl sanitar qovşaqlı) 1 nəfərlik otaqlarda qalır
  • Tam təhlükəsiz və nəzarətli kampusda yaşayır
  • Wi-Fi, çamaşırxana, idman zalları və diskoteka salonu kimi imkanlardan istifadə edir

Yaş aralığı: 10-18 yaş, həmçinin tələbə qrupları (18+) mövcuddur.

Proqrama daxildir

✅ Kurs qeydiyyat rüsumu
✅ Viza sənədləşməsi və hava limanından qarşılanma
✅ Tədris materialları, kitab və dərs vəsaitləri
✅ Qidalanma (uşaqlar üçün)
✅ Sığorta və təhlükəsizlik
✅ İngilis dili kursu + 2 praktiki seminar
✅ Axşam sosial tədbirləri və oyunlar
✅ Sonda beynəlxalq sertifikat

Qeyd: Aviabilet və viza rüsumları qiymətə daxil deyil.
Ümumi qiymət: 2700 funt sterlinq
Ödəniş: 30% depozit, qalan məbləğ iyun ayının sonuna qədər hissə-hissə ödənilə bilər.

London Turu – Tarixin və Müasirliyin Qovuşduğu Şəhər

London təkcə təhsil deyil, həm də tarixi və mədəni zənginlikləri ilə tanınır. Proqram çərçivəsində tələbələr 4 yarımgünlük və 3 tamgünlük ekskursiyada iştirak edəcəklər.

Qeyd: Əlavə turların bəziləri ödənişlidir, paketə daxil deyil.

Yarımgünlük Turlar

  • Westminster & Big Ben – Böyük Britaniya siyasətinin simvolik binası
  • Buckingham Palace – Kraliçanın iqamətgahı və keşikçi dəyişmə mərasimi
  • Trafalgar Square – Mədəniyyətin və incəsənətin mərkəzi
  • London Eye – Şəhərin panoramik görüntüsü üçün dönmə çarxı
  • Covent Garden & Southbank – Londonun canlı küçə sənətləri və əyləncə zonası

Tamgünlük Turlar

  • Tower of London – Tarixi qala və krallıq zinət əşyaları
  • Thames River Cruise – Thames çayı boyunca gəmi turu
  • Greenwich – Meridian xətti və Kral Rəsədxanası

Şəhərdən Kənar Xüsusi Səfərlər

Cambridge Universitetinə Səfər

Dünyanın ən tanınmış ali təhsil ocaqlarından biri olan Cambridge University şəhərinə tamgünlük ekskursiya. Burada tələbələr:

  • Universitet kollec və kitabxanaları
  • Tarixi ibadətgahlar
  • Cam çayı boyunca “punting” gəzintisi

ilə tanış olacaqlar.

Windsor Castle

Kral ailəsinin rəsmi iqamətgahı olan Windsor Castle-ə ekskursiya. Gəzinti zamanı:

  • Qala ərazisi
  • Müqəddəs George kilsəsi
  • Kraliçanın şəxsi əşyaları və saray həyəti

ziyaret ediləcək.

Gəziləcək yerlər haqqında

Təhsil turu çərçivəsində bəzi yerlərə turlar təşkil olunacaq. Bu yerlər haqqında biraz məlumat verək

Brunel University London – Təhsilin Mərkəzi

London təhsil turunun baza mərkəzi – Brunel University London, şəhərin qərbində yerləşən Uxbridge bölgəsində yerləşir. Universitet müasir infrastruktura, texnoloji təchizatlı sinif otaqlarına və tələbələr üçün ideal yaşayış şəraitinə malikdir. Kampus daxilində:

  • Özəl sanitar qovşaqlı (en-suite) yataqxana otaqları
  • Wi-Fi, çamaşırxana, idman zalları və açıq sahələr
  • Kino zalı və böyük auditoriyalar

Brunel Universiteti təxminən 45 dəqiqə metro ilə London mərkəzinə olan məsafədə yerləşir. Dil kursları burada keçirilir və dərslər təcrübəli müəllimlər tərəfindən interaktiv şəkildə aparılır. Kursu uğurla bitirən hər bir iştirakçı beynəlxalq sertifikat alır.

Cambridge University – Akademik İlham Mənbəyi

Proqram çərçivəsində iştirakçılar tam günlük ekskursiya ilə məşhur Cambridge şəhərinə səfər edirlər. Bu şəhər dünyaca məşhur Cambridge Universitetinə ev sahibliyi edir. Gəzinti zamanı tələbələr:

  • Universitet kollec binalarını və tarixi kitabxanaları
  • Kral Kolleci və onun ibadətgahını
  • Cam çayı boyunca punting turunu

təcrübə edirlər. Bu səfər, gənclərə ali təhsilin beynəlxalq səviyyəsini yerində görmək imkanı yaradır.

Windsor Castle – Kral Ailəsinin Qapıları Açılsın

Təhsil turu çərçivəsindəki daha bir tam günlük səfər Windsor Castle-ə təşkil olunur. Bu qala Böyük Britaniya kral ailəsinin rəsmi iqamətgahlarından biridir və tarixi 11-ci əsrə qədər gedib çıxır. Gəzinti zamanı iştirakçılar:

  • Kraliçanın xüsusi qalasını
  • Müqəddəs George kilsəsini
  • Qalanın muzey və sərgi zallarını

ziyarət edirlər. Ən maraqlı məqamlardan biri – keşikçi dəyişmə mərasimidir.

Tower of London – Tarixlə Dolu Qala

Bu ikonik qala, İngiltərə tarixinin ən dramatik səhifələrinin şahididir. Ekskursiya zamanı:

  • Qala divarları və zindanlar
  • Krallıq zinət əşyaları (Crown Jewels)
  • London qalasının orta əsrlərdən bu günə yolçuluğu

təqdim olunur. Gənclər burada həm əylənir, həm də tarixi dərindən öyrənir.

London Eye – Şəhərə Quş Baxışı

London Eye, Avropanın ən böyük dönmə çarxıdır. Bu attraksiondan Londonun mərkəzindəki:

  • Thames çayı
  • Parlament binası və Big Ben
  • Tower Bridge və digər mühüm obyektlər

panoramik olaraq görünür. Tur iştirakçıları London Eye-dan şəhəri izləmə təcrübəsini yaşayır.

British Museum və National Gallery – Bilik və İncəsənət

Ənənəvi tur çərçivəsində iştirakçılar dünyanın ən böyük muzeylərindən olan British MuseumNational Gallery-i ziyarət edirlər. Bu yerlərdə:

  • Antik Yunanıstan, Misir, Roma artefaktları
  • Da Vinçi, Van Qoq, Monet kimi sənətkarların əsərləri

gənclərin marağını çəkir və dünyagörüşünü artırır.

Qeydiyyat və Əlaqə

Yerlər məhduddur! Bu fürsəti qaçırmamaq üçün erkən qeydiyyatdan keçin. Əlaqə nömrəmizə zəng edə və ya votsap üzərindən yaza bilərsiz.

Çox verilən suallar

London təhsil turu – 10–18 yaş arası şagirdlər və 18+ tələbələr üçün təşkil olunan yay məktəbidir. Bu proqram çərçivəsində iştirakçılar Brunel University London kampusunda ingilis dili dərsləri alır, beynəlxalq sertifikatla təltif olunur və eyni zamanda Londonun mədəni-tarixi yerlərini kəşf edirlər.

Təhsil Brunel University London-un Uxbridge kampusunda aparılır. Universitetin kampusu tam təchizatlı sinif otaqları, en-suite otaqlar, Wi-Fi və sosial məkanlarla təmin olunub. Kursu uğurla bitirən hər iştirakçı British Council və English UK tərəfindən akkreditə olunmuş sertifikat alır.

London təhsil turunun ümumi qiyməti 2700 funt sterlinqdir. Qiymətə ingilis dili dərsləri, yaşayış, dərs materialları, yemək (uşaqlar üçün), transfer, sığorta, sosial tədbirlər və beynəlxalq sertifikat daxildir. Aviabilet və viza rüsumu isə qiymətə daxil deyil.

Proqrama Londonun məşhur turistik yerlərinə ekskursiyalar daxildir. Bunlara Big Ben, Buckingham Palace, London Eye, Tower of London, Thames River Cruise, Trafalgar Square, British Museum və National Gallery daxildir. Bundan əlavə, Cambridge və Windsor Castle kimi şəhərlərə də tamgünlük səfərlər təşkil olunur.

Təhsil turları gənclərin dil bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların dünyagörüşünü genişləndirir, özünəinamı artırır və beynəlxalq mühitdə ünsiyyət qurmaq bacarığı qazandırır. London turu eyni zamanda sosial və liderlik bacarıqlarının inkişafı üçün də əvəzsiz təcrübə təqdim edir.

Diqqətli olun! Elanlar

Tab Content

Tab Content

Telefon WhatsApp